Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Evində narkotik yetişdirən şəxs saxlanıldı (FOTO)

Evində narkotik yetişdirən şəxs saxlanıldı (FOTO)

Tarix: 13 May 2020 12:27

Bakı. Trend:

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Tovuz Rayon Polis Şöbəsinin və Tovuz Regional Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, 28 yaşlı Elvin Süleymanov saxlanılıb.

RPŞ-nin əməkdaşları tərəfindən ona məxsus fərdi mənzilə baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 70 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.

Evində narkotik yetişdirən şəxs saxlanıldı (FOTO) - Gallery Image Evində narkotik yetişdirən şəxs saxlanıldı (FOTO) - Gallery Image Evində narkotik yetişdirən şəxs saxlanıldı (FOTO) - Gallery Image Evində narkotik yetişdirən şəxs saxlanıldı (FOTO) - Gallery Image Evində narkotik yetişdirən şəxs saxlanıldı (FOTO) - Gallery Image


Etiketlər:  Evində narkotik yetişdirən şəxs saxlanıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ