Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qızılağac Milli Parkında ov edən şəxs saxlanıldı

Qızılağac Milli Parkında ov edən şəxs saxlanıldı

Tarix: 13 May 2020 16:33

Bakı. Samir Əli - Trend:

Qızılağac Milli Parkının əməkdaşları tərəfindən milli parkın su-bataqlıq ərazisində ov edən şəxs saxlanılıb.

Trend-in məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan araşdırma zamanı brakonyerin Masallı rayon Xırmandalı kənd sakini İsaq Qasımov olduğu müəyyən edilib. Ondan ov tüfəngi və ovlanmış 2 çöl donuzu götürülüb.

Təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Lənkəran rayon Polis Şöbəsinə müraciət olunub.


Etiketlər:  Qızılağac Milli Parkında ov edən şəxs saxlanıldı


RƏYLƏR