Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qızılağac Milli Parkında ov edən şəxs saxlanıldı - FOTO

Qızılağac Milli Parkında ov edən şəxs saxlanıldı -  FOTO

Tarix: 13 May 2020 20:36

Qızılağac Milli Parkının əməkdaşları tərəfindən milli parkın su-bataqlıq ərazisində ov edən şəxs saxlanılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan araşdırma zamanı brakonyerin Masallı rayon Xırmandalı kənd sakini İsaq Qasımov olduğu müəyyən edilib. Ondan ov tüfəngi və ovlanmış 2 çöl donuzu götürülüb.

Təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Lənkəran rayon Polis Şöbəsinə müraciət olunub.

Milli.Az


Etiketlər:  Qızılağac Milli Parkında ov edən şəxs saxlanıldı FOTO


RƏYLƏR