Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2020 05:48
Bakı. Trend:
ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden seçki yarışında hazırkı prezident Donald Trampı qabaqlayıb.
Trend-in məlumatına görə, bu barədə CNN telekanalı SSPTS şirkətinə istinadən bildirib.
Tədqiqata əsasən, C.Bayden qeydə alınmış seçicilərin 51 faizi tərəfindən dəstəklənir, 46 faizi D.Trampa üstünlük verir. Eyni zamanda, "döyüş meydanında" üstünlük D.Trampda qalır: onu 52 faiz dəstəkləyir.
Sorğuda 1112 respondentin iştirak etdiyi qeyd olunur.