Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

19 mindən çox abituriyent ali və orta ixtisas təhsili müəssisələrinə ərizə verib

19 mindən çox abituriyent ali və orta ixtisas təhsili müəssisələrinə ərizə verib

Tarix: 14 May 2020 17:03

Bakı. İlhamə İsabalayeva - Trend:

Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun başlanıldığı iki gün ərzində 19 565 abituriyent elektron qaydada ərizə verib.

Trend-in məlumatına görə, I ixtisas qrupu üzrə 8 300, II ixtisas qrupu üzrə 3 654, III ixtisas qrupu üzrə 6 183, IV ixtisas qrupu üzrə 1 428 abituriyent ərizə verib.

Ümumilikdə indiyədək ərizə verənlərin 17 281-i Azərbaycan, 2 284-i rus bölməsi üzrə təhsil almaq istəyir.

V ixtisas qrupu üzrə qeydiyyatdan keçən abituriyentlərin sayı 12 510, orta ixtisas təhsili səviyyəsi (11 illik orta təhsil bazasında) üzrə qeydiyyatdan keçənlərin sayı 12 505 nəfərdir.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi (DİM) mayın 12-dən 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbuluna başlayıb. Ərizə qəbulu iyunun 5-dək internet vasitəsilə aparılır.


Etiketlər:  19 mindən çox abituriyent ali orta ixtisas təhsili müəssisələrinə ərizə verib


RƏYLƏR