Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2020 17:20
Bakı. Trend:
İtaliyanın “Lamborghini” avtomobil şirkəti tarixdə ilk dəfə olaraq rəqəmsal poçt markası buraxıb.
Trend-in məlumatına görə, markalar “Bitstamps” şirkəti ilə birgə istehsal olunub.
Marka kolleksiyası ümumilikdə 20 min markadan ibarətdir və onların üzərində şirkətin 20-dən çox məşhur modelləri təsvir olunub.
Markaları yalnız “Bitstamps” mobil tətbiqi vasitəsilə alıb-satmaq mümkün olacaq.
20 min markanın hər biri unikal eyniləşdirmə nömrəsinə malik olacaq və markaların həqiqiliyi, onlara sahib olma tarixçəsi "Blockchain" texnologiyası vasitəsilə təsdiq olunacaq.