Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2020 22:24
Bu ilin birinci rübündə kompüter satışları 2% azalıb. İlin əvvəlindən verilən böyük böhran proqnozları demək olar ki, özünü doğrultmadı. Analitiklərin fikrincə, bunun səbəbi dünya ölkələrində müəssisələrin məsafədən iş rejiminə keçid etməsi ilə kompüterə olan tələbatın artması olub.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu haqda Strategy Analytics şirkətinin mütəxəssisləri məlumat yayıb.
Məlumatda qeyd olunur ki, ilin birinci rübündə kompüter satışı 2% azalsa da, ikinci rübdə bu rəqəm arta bilər.
Mütəxəsislərin araşdırmasına əsasən, bu ilin ilk üç ayında dünyada 37,9 milyon notbuk satışa çıxarılıb. Kompüter bazarının lideri olan Lenovo şirkəti satışa 8,9 milyon cihaz çıxararaq payını 23,5%-ə çatdırıb. Onun ardınca gələn HP şirkəti 8,1 milyon kompüterlə sözügedən bazarda 21,3% paya sahib olub. Siyahıda üçüncü olan Dell şirkəti 6,9 milyon kompüterlə, ümumi bazarın 18,2%- nə sahiblənib.
Apple şirkətinin notbuk istehsalı 3,6 milyondan 3 milyona qədər azalıb. Bunun nəticəsi olaraq sözügedən şirkətin bazar payı 9,3%-dən 8,0%-ə düşüb. İlk beşliyi Asus kompaniyası tamamlayır. İlin ilk rübü bu şirkət üçün də uğurlu olmayıb. Belə ki, Asus şirkəti kompüter istehsalını 3,0 milyondan 2,5 milyonadək azaldıb. Onun bazar payı isə 7,6%-dən 6,6%-ə düşüb.