Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2019 15:39
Bakı. İlhamə İsabalayeva - Trend:
Profisitli tədiyə balansı şəraitində Azərbaycanın strateji valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 6,2% artaraq 47.5 milyard dollara çatıb.
Bu barədə Trend-ə Mərkəzi Bankdan (MB) məlumat verilib.
MB-dan qeyd edilib ki, xarici sektorda müsbət meyillər davam etməkdədir. Cari ilin 4 ayında ixrac (malların ixracı) 25.4%, o cümlədən qeyri-neft ixracı 19.9% artıb, ticarət balansında 2.5 milyard dollarlıq müsbət saldo yaranıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin