Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cek Dorsi “Twitter”in əməkdaşlarına “COVID-19” pandemiyası bitdikdən sonra evdən işləməyə imkan verib

Cek Dorsi “Twitter”in əməkdaşlarına “COVID-19” pandemiyası bitdikdən sonra evdən işləməyə imkan verib

Tarix: 15 May 2020 09:42

“Twitter”in baş direktoru Cek Dorsi mikrobloqlar xidmətinin əməkdaşlarına “COVID-19” pandemiyası bitdikdən sonra da evdən işləməyə imkan verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “digger.ru” saytına istinadən yazır ki, "əgər şərait və vəziyyət bizim əməkdaşlarımıza evdən işləməyə imkan  verirsə və onlar ofisə qayıtmaq istəmirlərsə, onda onlar evdən işləyə bilərlər" –“ Twitter”in nümayəndəsi deyib.
 
Bundan başqa, şirkətin nümayəndəsi deyib ki, “Twitter” sentyabr ayınadək bəzi ofislərinin işini bərpa edəcək, işgüzar səfərlər və tədbirlərin keçirilməsinə qoyulmuş qadağa isə 2020-ci ilin sonunadək qüvvədə qalacaq.
 
Xatırladaq ki, “Twitter” şirkəti martın 12-dən öz əməkdaşlarına “COVID-19” pandemiyasına görə evdən işləməyə imkan verib.
 
Emil Hüseynov




Etiketlər:  Dorsi Twitterin əməkdaşlarına COVID pandemiyası bitdikdən sonra evdən işləməyə imkan verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ