Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Elə şişirdirlər ki...” - Əhməd mahnı oğurluğundan danışdı

“Elə şişirdirlər ki...” - Əhməd mahnı oğurluğundan danışdı

Tarix: 15 May 2020 11:30

Türkiyənin tanınmış ifaçısı Burayın mahnısını oğurlamaqda ittiham olunan müğənni Əhməd Mustafayev mövzu barədə açıqlama verib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi MTV-yə danışarkən iddiaların doğru olmadığını, çalışdığı şirkətin səhvə yol verdiyini söyləyib: "Mənim üçün mahnı problemi olmayıb. Oğurluğu o müğənni edər ki, mahnısı olmaz, bəstəkara pul verib alar. Yutub işlərimə baxan şirkət səhv etmişdi. Bilən kimi klipi dərhal sildim. Burayın özünə də yazdım. Bu şeyləri elə şişirdirlər ki...

Bizim mahnılarımız var ki, Türkiyədə müəllifləri anonim kimi təqdim olunur. Onda biz çoxdan məhkəməyə verərdik. Buray paylaşmamışdan qabaq məndən soruşardı, izah edərdim. Ciddiyə almıram. Sonra qapanıram, yaradıcılığıma təsir edir".

Qeyd edək ki, Buray bir neçə gün bundan əvvəl instaqramda post paylaşaraq "Evdə qal" adlı mahnı, klip və sözlərinin Əhməd tərəfindən mənimsədildiyini bildirmişdi.


Etiketlər:  Elə şişirdirlər Əhməd mahnı oğurluğundan danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ