Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2020 11:32
Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 14-də 31,01 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,19 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 30,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,11 dollar/barel azd.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 28,55 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,37 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 28,34 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,34 dollar/barel çoxdur.