Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

KOBİA sahibkarlarla onlayn görüşlər keçirir

KOBİA sahibkarlarla onlayn görüşlər keçirir

Tarix: 16 May 2020 16:12

Bakı. Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən mikro, kiçik və orta sahibkarlarla onlayn görüşlər davam etdirilir.

KOBİA-dan Trend-ə bildirilib ki, reklam fəaliyyəti ilə məşğul olan sahibkarlarla təşkil olunmuş onlayn görüşdə Dövlət Reklam Agentliyi ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri pandemiya dövründə reklamçıların qarşılaşdıqları çətinliklər və onların gözləntiləri barədə müzakirələr aparıblar. Satınalmalarla bağlı keçirilmiş onlayn görüşdə isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və KOBİA-nın nümayəndələri bu sahədə KOB-ları maraqlandıran sualları cavablandırıblar.


Etiketlər:  KOBİA sahibkarlarla onlayn görüşlər keçirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ