Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsayev ümid verdi: Dənizdə çimmək olar, ancaq...

İsayev ümid verdi: Dənizdə çimmək olar, ancaq...

Tarix: 17 May 2020 13:16

Qarşıdan çimərlik mövsümü gəlir və artıq bir çoxu yayla bağlı müəyyən planlar qurur. İstirahət zonalarına tur biletlər alanlar da var. Ancaq pandemik durumla əlaqədar olaraq müəyyən narahatlıq mövcuddur. Bir çoxunu təhlükəli pandemiyadan sonra yayda dənizdə çimməyin təhlükəli olub-olmadığı maraqlandırır.

Sonxeber.net bildirir ki, mövzu ilə bağlı Axar.az-a danışan ölkənin baş infeksionisti Cəlal İsayev bildirib ki, dənizdə çimməyin heç bir təhlükəsi yoxdur.

"Dənizdən virusa yoluxma mümkün deyil. Dənizin suyu duzludur və minerallarla zəngin, duzlu suda hər hansı virusun qalması mümkün deyil. Ancaq çimərlik mövsümündə diqqət edilməli məqamlar var. Dəniz sahilində sıx toplaşmaq yayda da təhlükəlidir. Mümkün qədər yenə də ehtiyatlı olmaq, məsafə saxlamaq lazımdır".

İnfesionist bildirib ki, çimərlik mövsümünə qədər artıq pandemiyanın azaldığının şahidi olacağıq:

"Ümid edirik ki, yayda koronavirus olmayacaq".


Etiketlər:  İsayev ümid verdi Dənizdə çimmək olar ancaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ