Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Azərbaycan millisindən təklif aldım, ancaq “hə” deyə bilmədim”

“Azərbaycan millisindən təklif aldım, ancaq “hə” deyə bilmədim”

Tarix: 17 May 2020 15:18

Türkiyənin “Kayserispor” klubunun futbolçusu Hasan Hüseyin Acar açıqlama verib.

Qol.az xəbər verir ki, yerli mətbuata danışan Acar, mövsümün əvvəlində Azərbaycan yığmasından təklif aldığını deyib: “Tək xəyalım Türkiyə milli komandasında oynamaqdır. “Kayserispor”la liqada qala bilsək, bu xəyalıma da çata bilərəm. Yığmanın baş məşqçisi Şenol Günəş məşqçilərimdən məni soruşub, onlara performansımı bəyəndiyini deyib. Milli komandaya çağırılacağımı düşünürəm.

Mövsümün əvvəlində Azərbaycan milli komandasından təklif aldım, ancaq Türkiyə yığmasında oynamaq istəyirəm və bu təklifi rədd etdim. Azərbaycan millisində oynaya bilərdim, ancaq vicdanım rahat olmazdı. Azərbaycan millisindən təklif aldım, ancaq “hə” deyə bilmədim. Çox istədilər, ancaq mən bunu qəbul edə bilmədim”.

“Kayserispor”la 2021-ci ilin yayına qədər müqaviləsi olan Acar, yarımmüdafiənin mərkəzində çıxış edir. Super Liqa klubunu hazırda Azərbaycan milli komandasının keçmiş baş məşqçisi Robert Prosineçki çalışdırır.

 


Etiketlər:  Azərbaycan millisindən təklif aldım ancaq deyə bilmədim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ