Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2020 20:48
Facebook və Google, yeni növ koronavirus (Kovid-19) pandemiyası ilə əlaqədar olaraq işçilərinin ilin qalan dövründə də evdən işləmələrinə icazə veriblər.
Sonxeber.net marja.az-a istinadən bildirir ki, Google-in İcraçı direktoru Sundar Pichai, vəzifələrini evlərindən yerinə yetirə biləcək personalın il sonuna qədər evdən işləyə biləcəyini açıqlayıb.
Pichai, ofisə dönmək məcburiyyətində olanların da genişlədilmiş təhlükəsizlik tədbirləri çərçivəsində iyuldan etibarən iş yerlərində işə başlayacağını bildirib.
Facebook-dan da, "Bu gün, il sonuna qədər işlərini uzaqdan icra edə biləcəklərin, bunu seçim edə biləcəklərini açıqlayırıq" şərhi verilib.
Daha əvvəl ofislərini 6 İyuldan açacağını açıqlayan Facebook, Kovid-19 epidemiyasında evdən işləmək və uşaq baxımı xərcləri üçün işçilərinə 1000 dollar hədiyyə vermişdi.
Google da evdən iş tətbiqini 1 İyuna qədər davam etdirəcəyini açıqlamışdı.