Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2020 12:34
Mayın 18-dən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib.
Hazırda xüsusi karantin rejimi müddətində ölkə üzrə bir sıra məhdudiyyətlər qüvvədə qalır.
Bunlar arasında tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması da var.
Lakin sosial şəbəkələrdə və yerli KİV-də sentyabr ayından etibarən toy, nişan və ad günü mərasimlərinin təşkilinə icazə veriləcəyi barədə məlumatlar yer alıb.
Sonxeber.net xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov qazet.az-a açıqlamasında bildirir ki, toy, nişan və ad günü mərasimlərinin təşkilinə icazə verilməsi ilə bağlı dəqiq tarix, hələ ki, bilinmir.
"Bu barədə heç bir qərar yoxdur. Bunu heç kim bilmir", - İbrahim Məmmədov vurğulayıb.