Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dendrologiya İnstitutunda koronavirusla mübarizədə sakitləşdirici bitkilər yetişdirilir

Dendrologiya İnstitutunda koronavirusla mübarizədə sakitləşdirici bitkilər yetişdirilir

Tarix: 18 May 2020 19:42

Bakı. İlhamə İsabalayeva - Trend:

AMEA-nın Dendrologiya İnstitutunda Dendrologiya İnstitutunda koronavirusla mübarizədə sakitləşdirici və anksiolitik təsirə malik bitkilər yetişdirilir.

Akademiyadan Trend-ə verilən məlumata görə, Dendrologiya İnstitutunda əsəb, yorğunluq, narahatlıq hallarında yuxusuzluğun aradan qaldırılmasına müsbət təsir göstərən sedativ (sakitləşdirici) təsirə malik dərman əhəmiyyətli bəzi bitki növləri mövcuddur.

Bunlardan biri - ən yaxşı sakitləşdirici vasitə hesab edilən, həm çiçəkləri, həm otu, həm də toxumları olduqca faydalı olan lavanda bitkisidir. Onun tərkibi efir yağları ilə zəngin olduğundan havada müxtəlif virusları məhv edir və onların kütləvi yayılmasının qarşısını alır. Lavanda bitkisi donuz qripi, quş qripi və adi qripdən qorunmağın ən effektli təbii üsulu olduğundan onun şəhərin parklarında əkilməsi məqsədəuyğundur.

Sedativ təsirli dərman bitkilərindən olan Ginko bilobanın tərkibi vitamin və minerallarla zəngindir. Beyin qan dövranını tənzimləyən və yaddaşı gücləndirən bu bitki yaşla bağlı meydana çıxan diqqət dağınıqlığı problemini aradan qaldırır, eşitmə və görmə zəifliyinin qarşısını alır.

Dendralogiya İnstitutunun eksperimental təcrübə sahəsində, həmçinin 2018-ci ildən vətəni tropik Amerika olan Passiflora İncarnata L növünün introduksiyasına başlanılıb. Hazırda tədqiqat işi uğurla davam etdirilir. Bitkidən hazırlanan preparatlar yuxusuzluqda, nevrosteniyalarda, əndişə pozğunluqları, autizm, epilepsiya kimi xəstəliklərdə geniş istifadə olunur.

Bitkinin tərkibində olan passiflorin və harman alkaloidi monoaminoksidaza fermentini ingibə edərək sinaps boşluqlarında monoaminlərin artmasına səbəb olur. Məhz noradrenalin, serotonin, dofamin nəticəsində P.İncarnata antidepressant effekti yaradır.


Etiketlər:  Dendrologiya İnstitutunda koronavirusla mübarizədə sakitləşdirici bitkilər yetişdirilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ