Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dibala "Yuventus"la yeni müqavilə imzalayacaq

Dibala

Tarix: 18 May 2020 23:08

Bakı. Trend:

İtaliyanın "Yuventus" futbol klubu argentinalı hücumçu Paulo Dibala ilə 2025-ci ilin yayına qədər yeni müqavilə imzalayacaq.

Trend-in məlumatına görə, bu barədə "Football Italia" portalı bildirib.

Məlumata əsasən, tərəflər artıq müqavilənin yeni şərtləri barədə razılığa gəliblər və buna görə hücumçunun maaşı artırılacaq. "Football Italia"nın verdiyi məlumatına görə, 30 iyun 2022-ci ilə qədərə olan cari müqaviləyə əsasən Dibala ildə 7,5 milyon avro alır.

Bu mövsümdə 26 yaşlı argentinalı futbolçu "Yuventus"da 34 oyun keçirib, 13 qol vurub və 12 asist verib.


Etiketlər:  Dibala Yuventusla yeni müqavilə imzalayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ