Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2020 12:46
Vətəndaşlarda xüsusi narahatlıq doğuran nizamlanan yol kəsişmələrində mövcud işıqfor obyektlərinin üzərinə piyada seksiyaları (bölmə) quraşdırılır.
Bu barədə Sonxeber.net-a Bakı Nəqliyyat Agnetliyindən (BNA) bildiriblər. Qeyd olunub ki, məqsəd, piyada təhlükəsizliyinin maksimum həddə çatdırılması və vətəndaş məmnuniyyətinin təmin olunmasıdır:
"Artıq 28 May küçəsinin Keykab xanım Səfərəliyeva, A.Puşkin və R.Zorge küçələri ilə, Nizami küçəsinin isə Keykab xanım Səfərəliyeva və A.Puşkin küçələri ilə kəsişmələrində bu istiqamətdə görülən işlər icra edilib".