Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu il tələbələr yekun attestasiyadan keçirilməyəcək

Bu il tələbələr yekun attestasiyadan keçirilməyəcək

Tarix: 19 May 2020 17:54

Nazirlər Kabineti "Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları"nda dəyişikliklər edib.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, yeni dəyişikliyə əsasən, tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunurlar.

Yekun attestasiyanın nəticələri ilə razılaşmayan tələbələr üçün buraxılış yekun dövlət imtahanı təşkil edilir. Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, ali təhsil müəssisəsinin Elmi Şurası tərəfindən müəyyən ixtisaslar üzrə təhsilalanlara əlavə olaraq buraxılış işinin yerinə yetirilməsi tələbi qoyula bilər.

Qeyd edək ki, indiyədək tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr yekun dövlət attestasiyasına buraxılırdılar. Yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir.


Etiketlər:  tələbələr yekun attestasiyadan keçirilməyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ