Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2020 20:04
2003-cü ildə qeydə alınmış SARS epidemiyası zamanı atipik pnevmoniyaya yoluxmuş şəxslər COVID-19 infeksiyasına qarşı daha dayanıqlı ola bilər.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bir qrup amerikalı və isveçrəli alim bu qənaətə gəlib.
Müşahidələr nəticəsində məlum olub ki, atipik pnevmoniyaya səbəb olan SARS-CoV virusuna yoluxma nəticəsində S-zülallara yönəlmiş anticisimlər formalaşır.
Bu anticismin növlərindən biri - S-309, həm SARS-CoV, həm də yeni növ SARS CoV-2 psevdoviruslarını səmərəli şəkildə zərərsizləşdirə bilir. Beləliklə, iki koronavirusdan birinə yoluxmuş şəxs, digər virusa qarşı dayanıqlı olur.
Mütəxəssislər bildirir ki, bu anticisimlərdən COVID-19-un daha ağır formasının müalicəsində istifadə oluna bilər.