Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2020 14:56
Yaxın gələcəkdə İran İslam Respublikası və Azərbaycan Respublikası arasında Astaraçay çayı üzərində yeni körpünün tikilməsinə başlanacaq.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu İranın şimalında yerləşən Gilan vilayətinin Astara rayonunu qubernatoru Həsən Rüstəmzad deyib.
H.Rüstəmzadın sözlərinə görə, bu körpü İran və Azərbaycan arasında Astaraçay üzərində 3-cü beynəlxalq körpü olacaq və ondan tranzit yük maşınlarının keçməsi üçün istifadə olunacaq.
Rüstəmzad deyib ki, bu körpünün inşa olunmasına 400 milyard rial (təxminən 9,5 milyon dollar) vəsait ayrılıb.
O əlavə edib ki, Astara dəmiryolu terminalı ərazisində taxıl və neft anbarları inşa edilməkdədir. Azərbaycan bu layihələrin icra olunması üçün 60 milyon dollar investisiya yatırıb.
Astara-Rəşt dəmir yolunun 10 kilometri İranın Astara rayonu ərazisindədir. Bu dəmir yolunun inşasına 600 milyard rial (təxminən 14,2 milyon dollar) vəsait ayrılıb və inşa işləri davam edir.