Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2019 22:12
Bakı. Trend:
İyunun 8-də futbol üzrə Azərbaycan millisi "Avro 2020"nin seçmə mərhələsi çərçivəsində Macarıstan yığması ilə qarşılaşıb.
Trend-in məlumatına görə, "E" qrupu çərçivəsində "Bakcell Arena"da keçirilən oyunda qonaq komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Matçda hesab 16-cı dəqiqədə Macarıstan millisinin futbolçusu Villi Orbanın vurduğu qolla açılıb. Görüşdəki ikici qolu da macarlar vurub. Yenə Villi Orban fərqlənib.
Oyunda komandamızın yeganə qolunu matçın 69-cu dəqiqəsində Mahir Emreli vurub.
David Holman qonaqların 3-cü qolunu vurub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin