Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa superkompüterlərinə kiberhücumlar edilib

Avropa superkompüterlərinə kiberhücumlar edilib

Tarix: 21 May 2020 08:36

ABŞ-ın "Cado Security" informasiya təhlükəsizliyi şirkəti ötən həftə Avropada bir sıra superkompüterlərin zərərli proqram təminatına yoluxdurulmasını açıqlayıb. Böyük Britaniya, Almaniya, İsveçrə və İspaniyada qeydə alınan müdaxilələr bir neçə gün davam edib.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, dərc edilən hesabata görə, Kanada, Çin və Polşa universitetlərindən həyata keçirilən kiberhücumlar zamanı oxşar zərərli proqram təminatı faylları adlarından istifadə olunub. Vəziyyətlə əlaqədar "Cado Security" şirkətinin həmtəsisçisi Kris Doman bildirib ki, burada söhbət cinayətkar qrupun koordinasiya edilmiş aksiyasından gedir.

Məlumata görə, hakerlər tərəfindən superkompüter qovşağına çıxış əldə edildikdən sonra boşluq üçün CVE-2019-15666 eksploytundan istifadə edilib. Daha sonra özək sisteminə daxil olan hakerlər tərəfindən kriptovalyutanın hasil edilməsi üçün "Monero" (XMR) adlı proqram quraşdırılıb.

Şirkət nümayəndələrinin sözlərinə görə, müdaxilədən ziyan çəkən əksər təşkilatlar "COVID-19" pandemiyasının yayılmasının hazırda dayandırılan elmi tədqiqatları ilə məşğul olub.


Etiketlər:  Avropa superkompüterlərinə kiberhücumlar edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ