Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2020 10:48
Bakı. Trend:
“Volkswagen” şirkəti Rusiyada 1 099 avtomobili geri çağırıb.
Trend-in məlumatına görə, qərara transmissiya yağlarının sızması səbəb olub.
Qeyd olunur ki, transmissiya yağı dəstəyində qüsurlara görə sızma baş verə bilər.
Geri çağırılma qərarı 2019-ci ildə istehsal olunan “Volkswagen Touareg” modellərinə şamil olunub.
Həmin avtomobillərdə zərurət yaranacağı təqdirdə detallar ödənişsiz dəyişdiriləcək.