Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan kiberhücumlara məruz qalan ölkələrin TOP-10 siyahısına daxil olub

Azərbaycan kiberhücumlara məruz qalan ölkələrin TOP-10 siyahısına daxil olub

Tarix: 21 May 2020 13:42

Bu ilin I rübündə Azərbaycan şifrləyici-troyanların hücumuna məruz qalan TOP-10 ölkənin siyahısına daxil olub.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Azərbaycan ölkələrin reytinqində 0,81% göstərici ilə 9-cu yerdə qərarlaşıb.

Qeyd edək ki, bu kateqoriya kiberhücumu üzrə ilk 10 ölkəyə Banqladeş, Özbəkistan, Mozambik, Efiopiya, Nepal, Əfqanıstan, Misir, Qana, Azərbaycan və Serbiya daxildir.

Yanvar-mart aylarında Azərbaycan üzrə mayner hücumları 1,21%, veb-zərərverici proqramlar hücumu 6,49%, lokal yoluxma cəhdləri üzrə isə 33,88% təşkil edib.

Hesabat dövründə ölkə üzrə həmçinin 2,68% mobil zərərverici proqramlarına yoluxma cəhdləri, 0,06% mobil bank təhdidləri və 0,01% mobil qəsbkar troyan təhdidləri qeydə alınıb.

İstifadəçi qurğularının 1,4%-i isə zərərli bank proqramların hücumlarına məruz qalıb.


Etiketlər:  Azərbaycan kiberhücumlara məruz qalan ölkələrin siyahısına daxil olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ