Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

32 il əvvəl qaçırılan uşaq tapıldı — Üztanıma sistemi yardım etdi

32 il əvvəl qaçırılan uşaq tapıldı — Üztanıma sistemi yardım etdi

Tarix: 21 May 2020 22:52

Çində 32 il əvvəl qaçırılan bir uşaq tapılıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, üz tanıma texnologiyasından istifadə edərək qaçırılan oğlan ailəyə qaytarılıb.

Mao Yin adlı oğlan 1988-ci ildə Shaanxi əyalətindəki Sian şəhərində yerləşən oteldən qaçırılıb.

Daha sonra 2 yaşlı Maonu qonşu şəhər Siçuanda yaşayan uşaqsız cütlüyə satıblar.

Aprelin sonunda Siani polisi Siçuanda yaşayan kişinin 1980-ci illərdə Shaanxi əyalətindən hansısa uşağı satın aldığı barədə mesaj alıb. Çin polisi Mao-nun uşaqlıq şəklini təhlil etmək üçün üz tanıma texnologiyasından istifadə edərək 30 yaşlı Maonun görüntüsünü əldə ediblər. Həmin görüntü milli bazadakı şəkillərlə müqayisə edilib. Bir sıra araşdırmalardan sonra polis Mianyan şəhərində Maoya bənzər bir adamı tapıb. DNA testi sayəsində tapılan insanın 32 il əvvəl oğurlanan uşaq olduğu ortaya çıxıb.

34 yaşındakı Mao hadisə ilə bağlı yaradılan mətbuat konfransında bioloji valideynləri ilə tanış olub və artıq onlarla birlikdə yaşayacağını deyib.

Milli.Az


Etiketlər:  32 il əvvəl qaçırılan uşaq tapıldı Üztanıma sistemi yardım etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ