Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Feysbuk və İnstaqramda onlayn mağazalar fəaliyyətə başlayacaq — Yeni pulsuz funksiya

Feysbuk və İnstaqramda onlayn mağazalar fəaliyyətə başlayacaq — Yeni pulsuz funksiya

Tarix: 21 May 2020 22:56

Feysbuk və İnstaqramda onlayn mağazalar fəaliyyətə başlayacaq.

Milli.Az ted.az-a istinadən bildirir ki,  Feysbuka məxsus sosial şəbəkələrdə onlayn mağazalar üçün yeni "Shops" adlı xidmət fəaliyyətə başlayacaq.

Şirkətin qurucusu Mark Zukerberqin sözlərinə görə, elektron ticarət xidmətləri müəssisələr üçün pulsuz olacaq. Onlar, yalnız Feysbuk və İnstaqramda yerləşdirilən reklamlar üçün pul ödəməli olacaqlar.

İstifadəçilər üçün yeni funksiya əlverişli olacaq, çünki onlar birbaşa sosial şəbəkələrdə malları seçə, ödəniş edə, habelə ani mesajlaşma vasitəsi ilə satıcılarla birbaşa əlaqə qura biləcəklər.

Şirkət mütəxəssislərinə görə, yeni funksiyanın istifadəyə verilməsi sahibkarlara COVID-19 pandemiyası ilə əlaqəli böhrandan qurtulmağa kömək edəcək.

Milli.Az


Etiketlər:  Feysbuk İnstaqramda onlayn mağazalar fəaliyyətə başlayacaq Yeni pulsuz funksiya


RƏYLƏR