Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

Tarix: 22 May 2020 11:52

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 21-də 36,4 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,29 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 35,64 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,36 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 35,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,16 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 34,13 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,01 dollar/barel azdır.


Etiketlər:  Azərbaycan nefti bahalaşıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ