Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2020 17:42
Bakı. İlhamə İsabalayeva – Trend:
İyun ayında Azərbaycanda seroloji müayinələr aparılacaq.
Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, bu müayinələr nəticəsində xəstəliyin simptomatik və asimptomatik gedişatı ilə müşayiət olunan insanların immun cavabının necə olduğu məlum olacaq.
Tədqiqat üçün artıq hədəf qruplar müəyyən edilib. Tədqiqat zamanı COVİD-19-a qarşı antisimlərin qalıcı olub-olmaması öyrəniləcək.