Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2020 21:48
Bakı. Trend:
İtaliyada son sutka ərzində yeni növ koronavirusa daha 652 nəfər yoluxub.
Trend-in "Yevropeyskaya pravda"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Mülki Müdafiə Departamentindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 228 658 nəfər çatıb.
Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 130 nəfər ölüb, ölənlərin ümumi sayı 32 616 nəfər təşkil edir.
Hazırda İtaliyada koronavirusun aktiv forması 59 322 nəfərdə müşahidə edilir.