Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Virusa yoluxdu, Bakıya gətirilmədi - Slovakiyada ciddi itki

Virusa yoluxdu, Bakıya gətirilmədi - Slovakiyada ciddi itki

Tarix: 10 Iyun 2019 00:20

Avro-2020-nin seçə mərhələsində iyunun 11-də millimizlə qarşılaşacaq Slovakiya seçməsi Bakıya ciddi itki ilə gəlib.

Qol.az-ın yerli federasiyanın rəsmi saytına istinadən yaydığı xəbərə görə, yığmanın aparıcı üzvlərindən Miroslav Stox paytaxtımıza gətirilməyib. Virusa yoluxan Praqa "Slaviya"sının yarımmüdafiəçisi son anda heyətdən çıxarılıb. Baş məşqçisi Paval Hapal digər oyunçuların da virusa yoluxmaması üçün bu addımı atdıqlarını bildirib.

Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Slovakiya oyunu saat 20:00-da başlayacaq.
 


Etiketlər:  Virusa yoluxdu Bakıya gətirilmədi Slovakiyada ciddi itki


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ