Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şərikli rekord

Şərikli rekord

Tarix: 23 May 2020 17:20

Azərbaycan çempionatları tarixində bir futbolçunun eyni oyunda vurduğu qol sayında rekord 7-yə bərabərdir.

Qol.az PFL-in saytına istinadən xəbər verir ki, bu göstəriciyə ilk dəfə Fazil Pərvərov imza atıb.
“Kəpəz”in futbolçusu 27 il əvvəl bir matçda 7 dəfə fərqlənib. Onun rekordu təxminən 3 il sonra təkrarlanıb. Gəncə klubunun daha bir üzvü Rövşən Əhmədov eyni uğuru gerçəkləşdirib. Ölkə çempionatlarının 28 illik tarixində 5-dən çox qol vuran 3-cü və hələlik sonuncu futbolçu Alay Bəhramovdur. “Viləş”in bombardiri 21 il əvvəlki uğuru zamanı “Kəpəz”in futbolçuları qədər – 7 qol vura bilməsə də, 6 topla çempionatın ən məhsuldar heç-heçəsində pay sahibi olub.

Bir oyunda 5-dən artıq qol vuran futbolçular

7 qol – Fazil Pərvərov (1993/94 mövsümü)

24.10.1993. “Kəpəz” – “Avtomobilçi” (Yevlax) – 8:0

7 qol - Rövşən Əhmədov (1996/97 mövsümü)

23.11.1996. “Kəpəz” – “Şəmkir” – 14:2

6 qol – Alay Bəhramov (1998/99 mövsümü)

25.04.1999. “Viləş” – “Turan” – 6:6

 


Etiketlər:  Şərikli rekord


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ