Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 May 2020 18:28
COVİD-19 virusuna yoluxmuş tək-tək məhkumların tam əksəriyyəti artıq sağalıb və karantindən çıxıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Ədliyyə naziri Fikrət Məmmədov Penitensiar və Tibb xidmətlərinin rəhbərliyinin, cəzaçəkmə müəssisələri rəislərinin, habelə Nazirliyin digər aidiyyəti məsul işçilərinin iştirakı ilə videokonfrans formatında keçirilən əməliyyat müşavirəsində bildirib.
Nazir hazırda bütün lazımi profilaktik tədbirlərin davam etdirildiyi və vəziyyətin tam nəzarətdə saxlanıldığını bildirib.
F.Məmmədov bu sahədə nazirlik tərəfindən yaradılmış vətəndaş cəmiyyəti nümayəndələrinin daxil olduğu xüsusi monitorinq qrupunun fəaliyyətini qeyd edib.
Nazir penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsinə və cəza siyasətinin humanistləşdirilməsinə dair ölkə Prezidentinin 2017-ci il 10 fevral tarixli Sərəncamının müstəsna əhəmiyyətini qeyd olunaraq, bu sahədə görülən işlərə toxunub.
Fikrət Məmmədov dövlət başçısının humanist siyasətinin təzahürü olaraq aprelin 6-da imzaladığı Əfv Sərəncamı ilə yaşı 65-dən yuxarı olan 176 nəfər məhkumun azadlığa buraxıldığı vurğulayıb.