Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İngiltərədə daha bir futbolçuda koronavirus aşkarlandı

İngiltərədə daha bir futbolçuda koronavirus aşkarlandı

Tarix: 24 May 2020 15:34

İngiltərə Premyer Liqasında çıxış edən daha bir futbolçuda koronavirus xəstəliyi aşkarlanıb.

Sonxeber.net apasport.az-a istinadən bildirir ki, "Bornmut" klubu bir oyunçusunun bu virusa yoluxduğunu açıqlayıb.

Komandadan götürülən ikinci testin bir oyunçuda müsbət nəticə verdiyi müəyyənləşib. Adı açıqlanmayan həmin oyunçu bir həftə təcrid vəziyyətində qalacaq, ardından növbəti dəfə testdən keçiriləcək.

Qeyd edək ki, İngiltərə çempionatı mart ayında - XXIX turdan sonra dayandırılıb. Premyer Liqa rəhbərliyi iyunun 12-də liqanın bərpasını planlaşdırır.


Etiketlər:  İngiltərədə daha futbolçuda koronavirus aşkarlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ