Tarix: 24 May 2020 22:28
“Yuventus” “Çelsi”nin futbolçusu Villianı heyətinə cəlb etməyi planlaşdırır.
Qol.az “Sport Mediaset”ə istinadən xəbər verir ki, Turin klubu yayda “zadəganlarla” müqaviləsi başa çatacaq braziliyalı yarımmüdafiəçini azad agent kimi transfer etməyi qərara alıb.
Komandanın baş məşqçisi Maurisio Sarri “Çelsi”də futbolçusu olmuş Villianı növbəti mövsümdən “Yuventus”da görmək istəyir.
Son müsahiblərinin birində Sarrini tərifləyən "sambaçı"nın da onunla yenidən işləmək istədiyi iddia edilir.
Qeyd edək ki, Villian 2013-cü ildən “Çelsi”də çıxış edir.