Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şamaxının icra başçısı və İcra Hakimiyyətinin əməkdaşları karantinə alınıb

Şamaxının icra başçısı və İcra Hakimiyyətinin əməkdaşları karantinə alınıb

Tarix: 25 May 2020 13:20

Bakı. Trend:

Şamaxı Rayon İcra Hakimiyyəti əməkdaşları COVID-19 infeksiyasının qarşısının alınması tədbirləri çərçivəsində profilaktik qaydada testdən keçirilib.

Trend-in məlumatına görə, testin nəticəsinə əsasən, analiz 1 nəfərdə müsbət çıxıb və virus aşkarlanan şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib.

Xəstə ilə yaxın təmasda olan şəxslər, o cümlədən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı və İcra Hakimiyyətinin əməkdaşları hazırda izolyasiya qaydalarına uyğun olaraq karantindədir.


Etiketlər:  Şamaxının icra başçısı İcra Hakimiyyətinin əməkdaşları karantinə alınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ