Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanda meriya binasına qumbara atdılar

Ermənistanda meriya binasına qumbara atdılar

Tarix: 10 Iyun 2019 10:56

Bakı. Trend:

Ermənistanın Vedi şəhərində qumbara partlayıb.

Trend-in məlumatına görə, hadisə ilə bağlı erməni KİV-ləri xəbər yayıb.

Məlumata görə, hadisə gecə saatlarında baş verib, yerli sakin qumbaranı meriya binasına atıb.

Qumbaranın meriya binasının nikah qeydiyyatı şöbəsinin otağına düşdüyü bildirilir. Partlayış nəticəsində binaya ziyan dəyib.

Qumbaranı atan şəxsin 56 yaşı olduğu açıqlanıb. Məlum olub ki, həmin şəxs ona ayrılmış yaşayış yerində spirtli içki içərək, ətrafdakıların normal yaşayışına mane olduğu üçün ondan mənzili tərk etmək tələb olunub. Buna cavab olaraq isə həmin şəxs qumbara ilə meriya binasına hücum edib.

Faktla bağlı araşdırma başlayıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Ermənistanda meriya binasına qumbara atdılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ