Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hikmət Babaoğlu: Ermənilər Avropa hüququ qarşısında növbəti dəfə məğlubiyyətə uğradı

Hikmət Babaoğlu: Ermənilər Avropa hüququ qarşısında növbəti dəfə məğlubiyyətə uğradı

Tarix: 27 May 2020 21:27

Ermənilər Ramil Səfərov məsələsi ilə əlqədar Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) qarşısında iddia qaldıraraq cinayət işinin yenidən başladılması, eyni zamanda Azərbaycan Prezidentinin imzaladığı əfv fərmanının ləğv edilməsi ilə bağlı tədbirlər görülməsini tələb ediblər, həmçinin Ramil Səfərovun azadlığa buraxılmasında Azərbaycan dövlətini ittiham etməyə cəhd göstəriblər. Şübhəsiz ki, onlar bu məqsədlərinə çata bilmədilər. AİHM cinayətin yenidən başladılması və ya hər hansı tədbir gösrülməsi ilə bağlı qərar qəbul etmədi. Bu, əslində ermənilərin Avropa hüququ qarşısında növbəti məğlubiyyəti deməkdir.

Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, işğalçı dövlətin heç bir mənəvi, hüquqi haqqı yoxdur ki, ərazilərinin 20 faizini işğal etdiyi bir ölkənin zabitini nədəsə ittiham etsin və öz tələbinə AİHM-in qərarı ilə bəraət qazandırmış olsun:

"Şübhəsiz ki, Azərbaycan AİHM-in aldığı qərarı doğru hesab edir, çünki bu qərarda ermənilərin heç bir iddiası təmin edilməyib. Xüsusi olaraq vurğulamaq lazımdır ki, bu məsələ ilə bağlı təkcə ermənilər deyil, eyni zamanda erməni lobbisi və ermənipərəst mərkəzlər də AİHM-ə təzyiqlər edirdilər, müxtəlif vasitələrlə onları qəbul edəcəkləri hüquqi qərardan yayındırmağa çalışırdılar, lakin buna nail ola bilmədilər. Ona görə ki, Azərbaycan güclü dövlətdir, beynəlxalq hüququn ən əhəmiyyətli milli aktorlarından biridir və eyni zamanda, Azərbaycan işğala məruz qalan tərəfdir. Belə olan halda hansısa hadisəni manipulyasiya edərək müstəqil dövlətin hegemon iradəsinə hər hansı beynəlxalq məhkəmənin qərarını direktiv kimi tətbiq etmək mümkün ola bilməz. AİHM-in aldığı qərarda beynəlxalq hüquq və onun tətbiqi texniki baxımdan bu məhkəmə tərəfindən düzgün şərh edilib. Şübhəsiz ki, ermənilərin Azərbaycana qarşı qaldırdıqları iddialar bundan sonra da bu və ya digər şəkildə istər hüquq-məhkəmə sistemində, istərsə də siyasi qərarların qəbul olunduğu digər beynəlxalq təşkilatlarda rədd ediləcək. Azərbaycan son məqsədinə - ərazi bütövlüyünün bərpasına mütləq nail olacaq".


Etiketlər:  Hikmət Babaoğlu Ermənilər Avropa hüququ qarşısında növbəti dəfə məğlubiyyətə uğradı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ