Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyalı alimlər virusları öldürə biləcək maska ​​hazırladılar

Rusiyalı alimlər virusları öldürə biləcək maska ​​hazırladılar

Tarix: 28 May 2020 20:42

Rusiyalı alimlər virusları öldürə biləcək tibbi maskalar üçün xüsusi material hazırlayıblar.

Material Novosibirsk Bərk Kimya və Mexanokimya İnstitutunda yaradılıb. "Sibirdə Elm" nəşri yazır ki, o, "meltblaun" (çox nazik polipropilen mikrofiberlərdən hazırlanmış sintetik material) və nanogümüşdən ibarətdir

Belə maskalar A qripi virusunu, stafilokok və "Escherichia coli" barğırsaq çöplərini öldürür. Uzunmüddətli əlaqə zamanı bu materialın effektivliyi daha da artır. "2019-nCoV" koronavirusunua qarşı hələlik testlər aparılmayıb, lakin alimlər maskaların o virusa qarşı da təsirli olacağına inanırlar.

Maskalar on saata yaxın istifadə edilə bilər və hətta özünü təmizləmək qabiliyyətinə malikdir, lakin yenə də bunları hər saatdan yarımdan və ya iki saatdan dəyişdirmək tövsiyə olunur. Rusiyalı elm adamları çinli həmkarları ilə əlaqə quraraq sınaq üçün material təqdim etməyə hazır olduqlarını bildiriblər.


Etiketlər:  Rusiyalı alimlər virusları öldürə biləcək maska hazırladılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ