Tarix: 29 May 2020 16:18
"Atletiko"nun futbolçusu Dieqo Kosta həbs oluna bilər.
Qol.az “Cadena Ser”ə istinadən xəbər verir ki, 31 yaşlı futbolçu imic hüquqları qazancından 1,37 milyon avro məbləğində vergidən yayınmaqda ittiham olunur. Dieqo 2014-cü ildə qanunu pozsa da, məsələ indi araşdırılır. Bu iş üzrə məhkəmə prosesi iyunun 4-ə təyin edilib.
İspaniya prokurorluğunun Kosta üçün altı ay həbs cəzası və 500 min avrodan çox cərimə olunmasını istədiyi bildirilib.