Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2020 19:20
Gələn ay da işsizlərə birdəfəlik ödəmənin verilməsi məsələsi Nazirlər Kabinetində müzakirə edilir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, ilkin olaraq 190 manat işsizlik müavinəti aprel və may ayları üçün nəzərdə tutulub. Amma karantin rejimi iyun ayının 15-dək uzadılıb. Ona görə də bu məsələ ilə bağlı Nazirlər Kabineti müəyyən qərar verəcək.