Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2020 19:36
Bakı. İlhamə İsabalayeva – Trend:
Təcridxanalarda koronavirusla bağlı epidemioloji vəziyyət sabitləşib və hazırda bu hal təhlükəli deyil.
Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
O əlavə edib ki, bütün ölkə ərazisində sərt karantin rejimin bərpası gündəmdə deyil: “Lakin lokal göstəricilər nəzərə alınmaqla ayrı-ayrı yerlərdə karantin tədbirləri tətbiq edilə bilər”.