Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-ın Minneapolis şəhərində komendant saatı tətbiq olunub

ABŞ-ın Minneapolis şəhərində komendant saatı tətbiq olunub

Tarix: 30 May 2020 05:52

Bakı. Trend:

Afroamerikalı Corc Floydun ölümü ilə əlaqədar etirazların dayandırılmadığı ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində komendant saatı tətbiq edilib.

Trend-in məlumatlna görə, bu barədə şəhərin meri Ceykob Freyin fərmanında bildirilib.

Fərmana əsasən, Mayneapolis şəhərində 29 May yerli vaxtla saat 20:00-dan və həftə sonu saatları ərzində komendant saatları tətbiq ediləcək.

Komendant saatı şənbə və bazar günləri axşam saat 20:00-dan səhər 6-dək qüvvədə olacaq. Bu saatlarda şəhər əhalisinə küçələrdə olmaq qadağandır. Qadağanı pozduğuna görə 1000 ABŞ dolları və ya daha çox miqdarda cərimə tətbiq edilir, həmçinin 90 gün müddətinə həbs cəzası verilir.


Etiketlər:  ABŞ ın Minneapolis şəhərində komendant saatı tətbiq olunub


RƏYLƏR