Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2020 22:27
Omega-3 yağ turşuları ürək xəstəliyi riskini azaldır. Amerika Ürək Cəmiyyəti, həftədə ən az iki dəfə balıq yeməyi, bunun mümkün olmadığı hallarda isə omega-3 ehtiva edən vitaminlər istifadə etməyi təklif edir. Bunun səbəbi isə balıqda olan omega-3 yağ turşularının ürək xəstəliklərində qoruyucu xüsusiyyətinin olmasıdır.
Daha əvvəl nəşr olunan araşdırmalarda, omega-3 yağ turşularının anormal ürək döyüntüsünü azaldıb, qandakı yağ səviyyələrini saldığı, damarları tıxayan trombları azaltdığı və qan təzyiqini bir miqdar saldığı müəyyən edilib.
Yeni nəşr olunan bir araşdırmada omega-3 yağ turşularından əsasən iki dənəsi (eicosapentaenoic turşusu və docosahexaenoic turşusu) araşdırılmışdır.
Araşdırma nəticəsində omega-3 yağ turşularının qidalarla, ya da qida vitaminləri kimi istehlak edilməsinin, qan triqliserid və ya yağ səviyyəsi yüksək olanlarda ürək xəstəliyi inkişaf riskini 16% nisbətində azaltdığı, LDL xolesterini yüksək olanlarda isə 14% nisbətində saldığı müşahidə edilmişdir.