Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Atlanta şəhərinə Milli Qvardiyanın əsgərləri yeridilib

Atlanta şəhərinə Milli Qvardiyanın əsgərləri yeridilib

Tarix: 31 May 2020 03:32

Bakı. Trend:

ABŞ-ın Corciya ştatının qubernatoru Brayan Kemp afroamerikalı Corc Floydun Minneapolisdə ölümündən sonra başlayan etiraz aksiyaları ilə əlaqədar nizamın qorunması üçün Atlanta şəhərinə 1,5 min Milli Qvardiya əsgərinin yeridilməsi barədə qərar imzalayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ştatın qubernatoru öz "Twitter" səhifəsində yazıb.

B.Kemp bildirib: "Ştatın və yerli hakimiyyət orqanlarının rəhbərləri birlikdə Atlantada ictimai təhlükəsizliyin təmin edilməsi və sülhün saxlanılması üzərində işləyirlər. Mən şəhərdə nizamın qorunması və qeyri-qanuni fəaliyyət ocaqlarının aradan qaldırılması üçün 1,5 min Milli Qvardiya əsgərinin səfərbər edilməsi barədə qərar imzaladım".

Xatırladaq ki, daha əvvəl Corciyanın qubernatoru Fulton dairəsində fövqəladə vəziyyət rejiminin tətbiq edildiyini bəyan edib. Bu qərara əsasən, ABŞ Milli Qvardiyasının 500 üzvü şəhərin sakinlərinin və onların mülkiyyətinin təhlükəsizliyini təmin etmək üçün dərhal şəhərə göndərilməli idi.

"CNN" telekanalı öz növbəsində bildirib ki, cümə günü gecə saatlarında və şənbə günü səhər saatlarında Atlanta şəhərində etiraz aksiyaları zamanı azı 70 nəfər saxlanılıb, hüquq-mühafizə orqanlarının təxminən 20 avtomobilinə ziyan dəyib, çox sayda yanğın qeydə alınıb. Bundan əlavə, azı 3 polis əməkdaşı yüngül xəsarətlər alıb.


Etiketlər:  Atlanta şəhərinə Milli Qvardiyanın əsgərləri yeridilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ