Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2020 08:56
Bakı. Trend:
Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 476 nəfər yoluxub.
Trend-in "Kazinform"a istinadən verdiyi məlumata görə, yoluxma halları Nur-Sultan (149), Almatı (117), Çimkənd (22) şəhərlərində və Karaqanda (44), Qərbi-Qazaxıstan (41), Minqistausk (31), Qızılorda (25), Kostanay (12), Atırau (12), Jambıl (7), Türküstan (6), Şərqi-Qazaxıstan (5), Almatı (4), Akmolinsk (1) vilayətlərində qeydə alınıb.
Bildirilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 858 nəfərə çatıb.