Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2020 15:20
38 rəsmi, 10 nəfər isə ştatda olmayan işçim var. Onların müdirləriyəm. İnsanlar işləyirlər və bunun qarşılığında maaş alırlar.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli "X maqazin" proqramına açıqlamasında bildirib.
Sənətçi 48 işçiyə əməkhaqqı verdiyini bildirərək, bir neçə sahədə fəaliyyət göstərdiyini deyib: "Baxmayaraq ki, peşəm rejissorluqdur, incəsənətə ifaçı kimi gəlmişəm. Bir çox layihələrin rəhbəriyəm. Yəni biznes tərəfim var. Yazaram, prodüserəm. İki ildir ki, pedoqoji fəaliyyətimi davam etdirirəm, dərs deyirəm".