Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Beyləqanda ər arvadını baltaladı

Beyləqanda ər arvadını baltaladı

Tarix: 31 May 2020 18:12

Beyləqanda münaqişə zamanı ər arvadını baltalayıb.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, hadisə rayonun Mil qəsəbəsində baş verib.

Belə ki, 1971-ci il təvəllüdlü Muradxanov Tahir Camal oğlu həyat yoldaşı olan rayon sakini 1970-ci il təvəllüdlü Cəfərova Dilruba Əli qızı ilə aralarında yaranmış mübahisə zamanı ona balta ilə xəsarətlər yetirib. 

Qadın Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Beyləqanda ər arvadını baltaladı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR