Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı-Sumqayıt yolunda yeni qovşaq inşa olunacaq

Bakı-Sumqayıt yolunda yeni qovşaq inşa olunacaq

Tarix: 1 Iyun 2020 12:28

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Sumqayıt yolununda avtomobil axınının qarşısını almaq üçün yeni təklif hazırlayıb.

Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında agentliyin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, artıq yeni təklifin layihəsi də hazırlanıb:

"Yeni hazırladığımız təklif Binəqədi rayonun Sulutəpə qəsəbəsi ərazisindəki dairə üzərində yol qovşağının tikintisidir. Bu yol qovşağının tikintisi həmin ərazidə tıxacları aradan qaldırılmasına yardım edə bilər. Əgər təklif qəbul edilərsə, Hökməli, Müşviqabad qəsəbələri və ümumilikdə Şamaxı istiqamətinə gedən və gələn avtomobillər dairənin üzərindəki yol qovşağından keçməklə hərəkət edəcəklər".

A.Nəcəfli bildirib ki, artıq təkliflə yanaşı yol qovşağının layihəsi də hazırlanıb: "Layihə və smeta sənədləri hazırlanıb aidiyyəti qurumlara təsdiq üçün göndərilib. Layihə təstiqlənəndən sonra dərhal tikinti işlərinə başlanacaq".


Etiketlər:  Bakı Sumqayıt yolunda yeni qovşaq inşa olunacaq


RƏYLƏR